Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xərçəngdən can qurtarmaq üçün - Menyu

Xərçəngdən can qurtarmaq üçün - Menyu

Date: 3 September 2016 08:32

Mədə xərçənginə səbəb olan qastrit sağlamlığı təhlükəyə atır.

Milli.Az axar.az-a istinadən bildirir ki, sağlam qidalanaraq mədə xəstəliklərinin qarşısını almaq mümkündür.
 
Qatıq
 
Qatıq mədə ağrılarını yüngülləşdirir. Onun tərkibində olan probiotiks mədə astarını qastritə səbəb olan bakteriyalardan qorumağa kömək olur. Bal və ya banan qarışdıraraq gündə 2-3 stəkan qatıq yemək qastritə faydalıdır.
 
Çobanyastığı çayı
 
Çobanyastığı çayı mədədə yaranan ani ağrıların qarşısını alır, bağırsaqların həzmini asanlaşdırır və qazı aradan qaldırır. Həmçinin, mədə iltihabı və xorası riskini azaldır. Mütəxəssislər 1 fincan suya 1-2 qaşıq qurudulmuş çobanyastığı əlavə edərək 5-10 dəqiqə qaynadıb içməyi məsləhət görür.
 
Nanə

Nanə mədə iltihabının azalmasına kömək edir. Həmçinin, bulantı, həzmsizlik və turşuluğu azaldır. Salatlarda nanə yarpaqları istifadə etmək, nanə çeynəmək qastrit müalicəsinə kömək edir.
 
Çiyələk
 
Çiyələyin tərkibindəki antioksidan xüsusiyyəti və fenol birləşmələri qastritin sağalmasına kömək olur. 1 stəkan suya bir yemək qaşığı çiyələk yarpağı qarışdırıb 5 dəqiqə qaynatmaq və gündə 2-3 dəfə içmək tövsiyyə olunur.
 
Qastrit xəstəliyinin əlamətləri aşağıdakılardır:
 
Ürək bulantısı
Qarın ağrısı
Həzmsizlik
Mədədə yanma hissi
Hıçqırıq
İştahadan düşmə
Qan və ya qəhvəyi bəlğəm qusmaq

Milli.Az


Tags:  Xərçəngdən can qurtarmaq Menyü

RƏYLƏR


Top news