Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qocalmanı gecikdirən qidalar hansılardır?

Qocalmanı gecikdirən qidalar hansılardır?

Date: 3 September 2016 08:42

Heç kim qocalmaq istəməz. Dərimizdə qırışların olmamasını və saçlarımızın ağarmamasını istəyərik. Bunun üçün idman etmək əlbəttə çox əhəmiyyətlidir, lakin daha da əhəmiyyətlisi yediklərimizdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qocalma əleyhinə təsiri olan bu yeməkləri, marketlərdə asanca tapa bilərsiniz. Əhəmiyyətli olan bu qidaları nizamlı şəkildə istehlak etmək və bunu bir həyat forması halına gətirməkdir. İndi isə, gəlin həmin qidaların bəziləri ilə yaxından tanış olaq:
Avokado
Avokadoda olan maya hüceyrəsi olduqca çox dəmirlə zəngindir. Bu da ürək xəstəlikləri və xərçəng riskini azaldır. Bununla yanaşı avokado yağı saç və dəri parlaqlığını təmin edir.
Qoz
Qoz və qoz yağı qan təzyiqini aşağı salır, huşsuzluq riskini azaldır.
Beyin funksiyaları üçün çox əhəmiyyətli bir təsiri vardır.
Darçın
Darçın hüceyrələri yeniləyər və böyümə hormonuna təsir edir, diabet və ürək xəstəlikləri riskini azaldır və şəkəri tarazlaşdırır. O yaxşı bir antioksidantdır.
 Qara şokolad
Qara şokolad antioksidantlarla olduqca zəngindir. O, ürək sağlamlığını qoruyur, qan təzyiqini nizamlayır və yaşlanmağı əngəlləyir.
Nar
Tərkibindəki azot oksid ilə endotel hüceyrələrinin meydana gəlməsinə imkan verir. Bir çox xərçəng risklərini azaldır. Xüsusilə nar toxumu yağı, yaşlanmağı qabaqlayan bir təsirə malikdir.

Milli.Az


Tags:  Qocalmanı gecikdirən qidalar hansılardır

RƏYLƏR


Top news