Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mədəni necə təmizləyə bilərik?

Mədəni necə təmizləyə bilərik?

Date: 3 September 2016 08:52

Bədənimizin hər bir üzvünün xüsusi diqqət və qayğıya ehtiyacı vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mədə - bədənin mühüm orqanlarından biridir ki, sağlam olması bütün bədənin sağlam olması deməkdir.

Nə zaman bədən orqanlarının təmizlənməsindən və toksinlərin atılmasından söz düşür, o zaman qaraciyər, böyrəklər, bağırsaqlar yada düşür. Ancaq bilməliyik ki, mədənin təmizliyi başqa orqanların təmizliyindən daha mühümdür.
Bəs bunun üçün nə edək?
 
1. Kartof suyu. Kartof suyu mədə turşuluğunu kontrol edə bilən içəcəklərdəndir ki, tərkibində PH vardır. Kartof suyunu içməyin ən yaxşı zamanı səhər acqarınadır. Bunun üçün kartofu soyuruq və sonra da suyunu sıxırıq. Bu suyu bir qaşıq zeytun yağı ilə qarışdırıb içirik. Bu işi yeməkdən yarım saat əvvəl görmək lazımdır.
 
2. Ağ gil. Ağ gildən əslində dəridəki zəhərli toksinləri təmizləmək üçün istifadə edirlər. Bundan başqa, bu maddəni içmək də mümkündür. Bədəndə olan toksinləri təmizləmək qabiliyyətinə malikdir. O kəslər ki, mədə turşuluğundan əziyyət çəkirlər, mədəyə ziyan vurmadan onu PH ilə təmin edə bilər. Əslində bu maddə anti-oksidant kimi təbii təsir göstərir. Nəzərə alın ki, yeyilə bilən ağ gildən istifadə etmək lazımdır. Bu gilin bir qaşığını bir stəkan su ilə qarışdırıb için. İstifadə etdiyiniz qabın şüşə və taxta olması mühümdür. Çünki əgər plastik və ya dəmir olarsa, onunla reaksiyaya girər ki, bu da zərərlidir.

Milli.Az


Tags:  Mədəni təmizləyə bilərik

RƏYLƏR


Top news