Ruslar bizdən yazdı

Ruslar bizdən yazdı
09:51 5 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya mətbuatı erməni tərəfinin Azərbaycan kəndlərini atəşə tutduğöndan yazıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın aparıcı TASS agentliyi, Qazeta.ru, Polit .ru, Sobesednik.ru portalları Azərbaycan Müdafiə Nazirliyinə istinadən yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutduğu məlumatını verib. Məqalələrdə Ermənistan tərəfinin məlumatla bağlı hər hansı rəsmi mövqe bildirmədiyi qeyd olunur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutduğu bildirilib.

Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edirik ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.

Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR