Bakının ali məktəbində çəkilən bu foto çox danışılacaq (FOTO)

Bakının ali məktəbində çəkilən bu foto çox danışılacaq (FOTO)
17:36 3 Mart 2015
240 Ölkə
Ölkə mətbuatı
A- A+

Tibb Universitetinin tələbələri dərs zamanı mobil tlefonla başlarını qatırlar. ANS PRESS-in məlumatına görə, bu barədə ANS TV-nin "Şəbəkə" verilişində məlumat verilib. Günay adlı tamaşaçı universitetin dərs zamanı telefonla oynamalarını əks etdirən fotonu çəkərək verilə göndərib.

"Bu fotonu “Şəbəkə"nin "poçt qutusu" rubrikasında efirə verdik. Fotonu bizə göndərən Günay adlı tamaşaçımız iddia edir ki, Tibb Universitetinin tələbələri dərs vaxtı telefonla "oynayır". Foto efirə gedəndən dərhal sonra aləm qarışdı bir-birinə. Tezliklə fotoda görünən və görünməyən tələbələr inboxuma "hücum" etdilər. Mən onları ANS-ə dəvət etdim. Gənclərlə söhbətim zamanı onlar ciddi cəhdlə dedilər ki, bu foto dərs vaxtı deyil, tənəffüsdə çəkilib. Amma universitetin bəzi tələbələri (hansılar ki, adlarının açıqlanmasını istəmirlər) səmimi şəkildə etiraf ediblər ki, bəli dərs zamanı auditoriyada başı telefona qarışan tələbələr olur”, - deyə verilişdə bildirilib.

ANS PRESS “Şəbəkə” verilişində göstərilən fotonu təqdim edir:

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=329501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR