Bakıda amansızlıqla öldürülən qadınla bağlı YENİ MƏLUMAT

Bakıda amansızlıqla öldürülən qadınla bağlı YENİ MƏLUMAT
17:39 3 Mart 2015
412 Ölkə
Ölkə mətbuatı
A- A+

Buzovnada qadını amansızlıqla qətlə yetirən Rusiya paytaxtına qaçan Azərbaycan vətəndaşı yaxın günlərdə ekstradisiya ediləcək. APA TV-nin “Vesti.az”a istinadən yaydığı məlumata görə, Xəzər rayon hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş Bakı sakini, 1974-cü il təvəllüdlü Süleymanov Əmri Tofiq oğlunu təhvil almağa hazırlaşırlar. Artıq qətllə bağlı bəzi təfərrüatlar məlumdur. 
 
Xatırladaq ki, fevralın 14-də Buzovnada "dəniz qırağı" adlanan ərazidən Oğuz rayonunda qeydiyyatda olan, 1968-ci il təvəllüdlü Xatirə Saməddin qızı Rzayevanın meyiti tapılıb. Meyitin üzərində 15 bıçaq zərbəsi aşkarlanıb. Qətlə yetirilən qadının "Mercedes" markalı avtomobili maşını isə onun meyitinin atıldığı ərazidən 4-5 kilometr aralıda, Şağan qəsəbəsi ərazisində tapılıb. İstintaqla müəyyən olunub ki, Xatirə Rzayeva yüngül həyat tərzi keçirib. Əməliyyat-istintaq qrupu cinayəti törədən Əmri Süleymanovun kimliyini müəyyənləşdirənə qədər o, ölkədən qaçmağa müvəffəq olub. Əmri Süleymanov qətli törətdikdən sonra Azərbaycandan qaçıb, ayın 17-də isə Moskvada qatardan düşən kimi saxlanılıb. Hazırda Rusiya tərəfi cinayətkarın Azərbaycana təhvil verilməsi üçün iş aparır. 
 
Qeyd edək ki, Əmri Süleymanov evlidir və övladları var. O, bir müddət əvvəl ailəsini ataraq Xatirə Rzayeva ilə yaşayıb. Xatirə Rzayeva öz borclarını ödəmək üçün Əmri Süleymanovu öz maşınını satmağa məcbur edib. Daha sonra tərəflər arasında mübahisə baş verib və Əmri Süleymanov qadını 15 bıçaq zərbəsi ilə öldürüb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/195167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR