Nazirlik otellərə ulduz payladı

Nazirlik otellərə ulduz payladı
17:46 3 Mart 2015
69 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycandakı turizm şirkətlərinin sayı 277-yə, ulduz alan mehmanxanaların sayı isə 73-ə çatıb.

ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən 7 mehmanxanaya dərəcə sertifikatları verilib.

Bakı şəhərindəki 2 mehmanxanaya 4 ulduz, 1 mehmanxanaya 3 ulduz, Qusardakı "Shahdag Hotel&SPA" mehmanxanasına 5 ulduz, "Pik Palace" mehmanxanasına 5 ulduz, "Park Chalet" mehmanxanasına 5 ulduz, "Zirvə Hotel" istirahət mərkəzinə 4 ulduz verilib.

Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 73-ə çatıb.

Bu ilin yanvar-fevral ayları ərzində 12 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 277-yə çatıb.

Bu ilin yanvar-fevral aylarında 16 mehmanxanaya lisenziya verilib. Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 318-ə çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=43&nid=329483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR