Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyürtkənin sağlamlıq üçün 7 FAYDASI

Böyürtkənin sağlamlıq üçün 7 FAYDASI

Date: 5 September 2016 20:37

Böyürtkən çox faydalı və müalicəvi giləmeyvədir. Böyürtkən, onun yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyürtkən bir çox vacib vitaminlər (xüsusilə E, PP, C, B qrupu), minerallar (dəmir, kalium, maqnezium, fosfor), orqanik turşular, pektinlər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir.

Milli.Az saglamolun.az-a istinadən böyürtkənin faydalarını sadalayır.

1. Böyürtkən soyuqdəymə zamanı çox yaxşı təsir edir - hərarəti salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır, sağalmanı tezləşdirir. Belə hesab olunur ki, böyürtkən iltihab əleyhinə xüsusiyyətlərə görə moruqdan faydalıdır.

2. Böyürtkən damarları təmizləyir, möhkəmləndirir, onları daha elastik və sağlam edir.

3. Böyürtkən sinir sistemi üçün çox faydalıdır - stressi azaldır, beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.

4. Antioksidantlarla olduqca zəngin olan böyürtkən orqanizmdə gedən qocalma proseslərini ləngidir, bir çox xroniki xəstəliklərin və xərçəngin inkişafının qarşısını alır.

5. Böyürtkən immun sistemini möhkəmləndirir.

6. Böyürtkən ürək üçün çox faydalıdır, ürək əzələsini möhkəmləndirir, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.

7. Böyürtkən sidikqovucu təsirə malikdir. Sidik yollarını təmizləyir, iltihabı azaldır.

Milli.Az


Tags:  Böyürtkənin sağlamlıq FAYDASI

RƏYLƏR


Top news