Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bədəninizin piylərini əritmək istəyirsinizmi?

Bədəninizin piylərini əritmək istəyirsinizmi?

Date: 6 September 2016 07:32

Artıq çəki bu gün çoxlarımızın düçar olduğu problemlərdən biridir. İnsan az çəki ilə həm sağlam olar və həm də ibadətlərini və itaətini axsatmaz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məsumlarımız (ə) bizə tövsiyə edir ki, yemək yeyən zaman ifrata yol verməyək. Yeməkdən o qədər yeyək ki, bizi ayaqda saxlaya bilsin və ibadətləri yerinə yetirmək üçün halımız və sağlamlığımız olsun.
İnsan əgər hər bir işdə olduğu kimi, yemək məsələsində də səbirli olarsa, müsbət nəticəyə çata bilər.
 
Süd məhsulları.
Əgər süd içirsinizsə, deməli sümükləriniz möhkəmdir. Bunu nəzərə alın ki, süd iştahanı öldürən qidalardandır. Yəni sizi rahatlıqla tox edə bilər. O insanlarda ki, kalsium azlığı olar, onun piy toxuması da çox olar. Ona görə də bu insanlar öz iştahalarını az kontrol edə bilirlər. Xanımlar 50 və kişilər 70 yaşdan sonra gündə 1 litr süd içməlidirlər. Bunu da bilmək faydalı olar ki, süd bədəndə olan yağları yandırar. Tədqiqatlar göstərir ki, gün ərzində 3 dəfə süd məhsulları yeyən kök insanlar tez bir zamanda arıqlaya bilirlər. İdmandan sonra süd içmək yağları əridər. Səbəb olar ki, sümüklər bərkisin və əzələlər güclənsin. Gün ərzində üç dəfə bir stəkan süd için və idman edin.
 
Hind qozunun yağı.
Hind qozunun yağı sizə arıqlamaq üçün yardım edər. Braziliyada aparılan tədqiqatlar göstərmişdir ki, bu yağ bədəndə olan piy toxumalarını tez bir zamanda əritmək xasiyyətinə malikdir. Ancaq onu gün ərzində az miqdarda istifadə etmək lazımdır.
Reaksiyaya girməyən yağlar qarın ətrafında yığılaraq, piy qatını əmələ gətirir. Ona görə də yeməklərdə tez həzm olunan zeytun, qarğıdalı yağlarından, qozdan və qara şokoladdan istifadə edin.
Əgər sağlam qidalanmaq istəyirsinizsə, gərək balıqdan, lobyadan istifadə edəsiniz ki, onların tərkibində Omeqa-3 vardır. Omeqa-3 iltirab əleyhinə olan maddədir.
 
Protein.
Protein dərimiz, tüklərimiz, sümüklərimiz və əzələlərimiz üçün zəruridir. Bu maddə arıqlamağa yardım edər, insanı xoş cisimli edər. Proteinin sayəsində insan toxluq hiss edər və bədənin metobolizmi sürətlə azalar. Qadınların gün ərzində proteinə olan ehtiyacı 40 qr və kişilər üçün 56 qr-dır.
 
C vitamini.
Uşaqlıqdan eşitmişik ki, C vitamini xəstəlikdən sağlamağımıza yardım edən vitamindir. Ancaq bunu da bilməliyik ki, bu vitamin bizim arıqlamağımıza da yardım edər. Ona görə də kişilər gün ərzində 90 milliqram və qadınlar 75 milliqram C vitamini qəbul etməlidir.
 
Bal.
Balın tərkibində virusa qarşı maddələr vardır. Həmçinin insanın arıqlamasına da kömək edər. Bu maddə həm də bədənin immunitetini qaldırar. Əgər bala bir qədər darçın əlavə etsəniz, daha faydalı olar.
 
Kakao.
Qara şokoladlarda kakao daha çox olur. Bizim sağlamlığımıza xidmət edər. Kakao əsəb tellərində olan iltihabı aradan qaldırar, dərinin Günəş şüasına qarşı müqavimətini qaldırar. Uzun müddət toxluq hissi yaradar. Sizin xasiyyətinizi yaxşı edər. Əgər piy qatınızı əritmək istəyirsinizsə, kakaonu yaddan çıxartmayın.
 
Tərəvəz.
Mütəxəsislər arıqlamaq üçün salatdan istifadə etməyi həmişə tövsiyə etmişdilər. Çünki onun tərkibində olan tərəvəzlərdə fibr maddəsi vardır. Bu da bizə toxluq hissi verər. Sizi çox yeməkdən uzaq saxlayar.
 
Sirkə.
Sirkə bədəndə olan piy qatını əritməyə yardım edən ən faydalı maddələrdəndir. Eyni zamanda, qandakı şəkərin səviyyəsini aşağı salar. Sirkə yağlanmanın qarşısını alar. Bunu bilmək faydalı olar ki, sirkə və fibr iştahanı öldürən maddələrdir. Ona görə də salatlarınıza sirkə tökməyi unutmayın.

Milli.Az


Tags:  Bədəninizin piylərini əritmək istəyirsinizmi

RƏYLƏR


Top news