Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş "Demokratiya və Şəhidlər Mitinqi"ni şou adlandıran müğənni Sıla Gəncoğlunun bu hərəkəti tənqidlərlə üzləşmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının İstanbul, Bursa, Ankara, Kayseri və Bodrumdakı konsertləri təxirə salınmışdı.

Düşdüyü çətin vəziyyətə görə fanatları ilə görüşə bilməyən Sıla, çıxış yolunu mahnılarını sosial mediada paylaşmaqda görüb.

O, iki gündür "Kurşun" adlı mahnısını izləyicilərinə təqdim edir.

Milli.Az