Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arıqlamaq istəyənlərin menyusuna

Arıqlamaq istəyənlərin menyusuna

Date: 6 September 2016 08:22

Arıqlamaq istəyənlər adətən avokadodan qaçırlar ki, kalorisi çoxdur. Ancaq bunu bilmək lazımdır ki, bu meyvənin tərkibində olan sağlam kalori insanı kökəltmir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, avokado elə meyvələrdəndir ki, insanı tox saxlayar. Onun tərkibində protein vardır. Heyvani proteinin yerini ala biləcək qədər çoxdur. Bu meyvə metabolizmi yuxarı qaldırdığı üçün insanın əlavə çəki qazanmasına imkan verməz.
Bu meyvə maddələr mübadiləsini sürətləndirdiyi üçün bədəndə olan yağları əridər. Avokadonun tərkibində yağlar vardır. Belə ki, bir ədəd avokadonun tərkibində 15-20qr. yağ vardır. Xoşbəxtlikdən bu yağ bədənin bütün orqanları tərəfindən cəzb oluna bilən dost yağlardandır.
Əgər iltihab əleyhinə olan bir təbii maddənin axtarışındasınızsa, avokadonu kəşf edin. Bu meyvə qandakı xolesterini kontrol edər və ürəyi sağlam saxlayar. Əzələ ağrılarını və revmatizm ağrılarını sakitləşdirər.
Əgər bədininizin çəkisini normada saxlamaq istəyirisinizsə, salatlarınıza avokado, pomidor və ispanaq əlavə edin. Avokado qidanı yaxşı həzm edir və bağırsaqları qoruyur. Hər nə qədər bağırsaq təmiz olarsa, daha çox minerallar qana qarışa bilər. Avokado bədənə amin turşularını daxil etdiyi üçün sağlamlığın keşiyində dayanar.
Avokadonun tərkibində çox sayda vitamin və minerallar vardır. O cümlədən: K, A, D, C, E, B6, B12, fol turşusu, beta-karotin.
Əgər diabet xəstəliyindən əziyyət çəkirsinizsə, bu meyvədən rahat şəkildə istifadə edə bilərsiniz. Lakin yadda saxlayın ki, bu meyvəni təkibində karbohidrat olan maddələrlə bir yerdə qəbul etmək olmaz. Çünki bu zaman qanda olan şəkərin miqdarı qalxacaqdır.

Milli.Az


Tags:  Arıqlamaq istəyənlərin menyusuna

RƏYLƏR


Top news