Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şaftalı: ürəyin, gözün, mədənin dostu

Şaftalı: ürəyin, gözün, mədənin dostu

Date: 6 September 2016 09:05

Şaftalının kalorisi azdır və o, gözün dostudur. Şaftalının rəngi gözəl olduğu kimi dadı da çox ləzzətlidir.

Şaftalı azkalorili meyvədir

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər kalorinin hesabını aparırsınızsa, onda rahat şəkildə şaftalı yeyə bilərsiniz. Bu ləzzətli meyvənin tərkibində suyun miqdarı çoxdur. Əgər dəqiq desək, şaftalının tərkibində yemişdə olduğu kimi 90% su vardır. 100 qram şaftalının tərkibində 40 kalori vardır ki, bu almadan da azdır. Bu meyvənin tərkibində olan şəkərin miqdarı az olduğu üçün insulini tez bir zamanda artırmaz. Bu meyvə hər nə qədər yetişmiş olarsa, glisemiki yüksəldər.

Bədəndəki artıq suları dəf edər

Şaftalının tərkibində antisiyaninlər vardır ki, qan damarlarını qoruyar. Qan dövranına yardım edər. Əgər ayaqlarınızda qan dövr etməsindən narahatsınızsa, bu ləzzətli meyvədən çox yeyin. Şaftalının tərkibində kalium vardır ki, bədəndəki artıq suları dəf etməkdə sizə yardım edər.

Şaftalı bağırsağın dostudur

Yetişmiş bir şaftalı, xüsusilə də şaftalnın qabığı bağırsaqları təhrik edər. Şaftalı o qədər yüngül meyvədir ki, onu körpə uşağa da vermək olar. Qəbizliyi aradan qaldırar. Gündə 3 dənə şaftalı yeyin və bu meyvəni yaxşı çeynəməyə çalışın.

Şaftalı ürəyin dostudur

Şaftalının tərkibində anti-oksidantlar vardır. Ona görə də qanda xolesterinin artmasının qarşısını alır və imkan vermir ki, damarlar yığılsın. Qan damarları sağlam olarsa, qəlbiniz də sağlam olacaqdır. Şaftalnın antioksidantları dərisində olduğu üçün onu dərisi ilə bir yerdə yeməyə çalışın.

Şaftalı gözünüzün dostudur

Şaftalı o nadir meyvələrdəndir ki, tərkibində həm karotenoidlər vardır, həm də pulifinol. Meyvələrin əksər hissəsində bu maddələrin yalnız biri vardır. Karotenoidlər meyvəyə rəng verər. Lutiyin isə gözünüzü və görmə qabiliyyətini qoruyar. Gözü degenerasiyaya uğramaqdan qoruyar. Gözə mirvari suyu gəlməsinin qarşısını alar.

Milli.Az


Tags:  Şaftalı ürəyin gözün mədənin dostu

RƏYLƏR


Top news