Rusiyada Nemtsovun qətlindən sonra ölüm hökmünün bərpası təklif olunur

Rusiyada Nemtsovun qətlindən sonra ölüm hökmünün bərpası təklif olunur
18:13 3 Mart 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 mart /Trend/

Dövlət Dumasının Kommunist fraksiyasından olan üzvü Vadim Solovyov bəyan edib ki, Rusiya rəhbərliyinə Boris Nemtsovun qətlə yetirilməsi kimi cinayətlərə ölüm hökmünün bərpası haqqında təklif göndərəcək. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Müvafiq təklifi deputat Rusiya Prezidentinə, Baş nazirinə, Federal Məclisin hər iki palata rəhbərinə göndərməyi planlaşdırır.

O, hesab edir ki, hüquq-mühafizə orqanlarının işçilərinin sayını azaltmaq olmaz. Deputat bunu belə izah edib: "Şübhəsiz ki, ölüm hökmünə moratorium məsələsinə qayıtmaq lazımdır. Bu qətli törədənlər başa düşməlidirlər ki, cəmiyyətin belə vəhşilərdən qorunmaq hüququ var. Yeganə cəza ölüm hökmü olmalıdır".

Solovyov hesab edir ki, terror aktlarına, sifarişli qətllərə, silahlı yolla hakimiyyəti ələ keçirməyə və kütləvi qətllərə görə ölüm hökmü verilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2370079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR