Çilidə Vilyarrika vulkanının püskürməsi ilə əlaqədar 3 mindən çox insan evakuasiya edilib

Çilidə Vilyarrika vulkanının püskürməsi ilə əlaqədar 3 mindən çox insan evakuasiya edilib
18:28 3 Mart 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Çilidə Vilyarrika vulkanının (Cənubi And) püskürməsi səbəbi ilə yaxınlıqda yaşayan 3 mindən çox yerli sakin evakuasiya edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çilinin daxili işlər və ictimai təhlükəsizlik naziri Rodriqo Penyaylilyo təhlükəsizlik tədbirləri ilə bağlı olaraq yaxınlıqda yerləşən yaşayış məntəqələrini ümumilikdə 3385 nəfərin tərk etdiyini bildirib. Evakuasiyanın 24 min nəfəri əhatə edəcəyi istisna olunmur.
KİV-lərin məlumatına görə səhər saatlarında hökumət ordu və polis nümayəndələrinin iştirakı ilə təcili iclas keçirib. Fövqəladə vəziyyət üzrə milli idarə Los-Rios və Araukaniya regionlarında “qırmızı” həyəcan dərəcəsi elan edib.
Qeyd edək ki, ölkənin paytaxtı Santyaqo şəhərindən təxminən 775 kilometr cənubda yerləşən və hündürlüyü 2847 metrə çatan vulkan yerli vaxtla səhər saat 3-də püskürməyə başlayıb. Cənubi Amerika materikində ən aktiv iki vulkandan biri olan Vilyarrika əvvəllər 1964, 1971 və 2000-ci illərdə püskürmüşdü.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHilide_Vilyarrika_vulkaninin_puskurmesi_ile_elaqedar_3_minden_chox_insan_evakuasiya_edilib-836413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR