XXI əsrdə gəlir əldə etməyin yeni üsulu ®

XXI əsrdə gəlir əldə etməyin yeni üsulu ®
10:12 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 10:11 ]

Bakı - APA-Economics. İnternet və texnologiyanın sürətli inkişafı əmək bazarında insan əməyindən istifadənin azalmasına işarə edir və nəticədə bir çox peşələrin qüvvəsinin itməsi təhlükəsi yaranır. Yollarda olan tıxaclar, sevmədiyin iş mühiti, ehtiyacları qarşılamayan əmək haqqı və daha yaxşı yaşamaq üçün istirahətdən oğurlanan vaxt sonunda insanın potensial əmək qabiliyyətini aşağı salır. Hər kəs səhər tezdən durmadan, tıxaclarda vaxt itirmədən, heç kimə hesabat vermədən sərbəst şəkildə, heç kimdən asılı olmadan gəlir əldə etmək barədə sözün əsl mənasında baş sındırır. Halbuki hər şey göz qabağındadır.

 

Hər gün xəbər saytlarında “FOREX”, “neft”, “qızıl”, “səhm” və “broker” sözlərinə tez-tez rast gəlməyimizə baxmayaraq, əmək bazarında hələ də treyder peşəsinə az rast gəlinir. Həftənin 5 günü istənilən vaxt internetin olduğu istənilən yerdə rahat şəkildə ticarət edən bu insanlar fərqli gəlir imkanlarından faydalanırlar. Statistikaya görə, uğurlu bir treyder olmaq ehtimalı müvəffəqiyyətli bir iş adamı olmaq ehtimalından çoxdur. Hətta taksi sürücüsündən tutmuş müəllimə kimi müxtəlif peşə sahələrində çalışan insanlar bu sahədə uğur qazana bilib. Gündəlik neft, qızıl, əmtəə və səhmlərin qiymət dəyişikliklərini davamlı şəkildə təqib edənlər stabil gəlir əldə edə bilirlər. Ticarət əməliyyatlarının real vaxt aralığında aparılması isə onlara bir neçə dəqiqə ərzində gəlir əldə etmək imkanı yaradır.

 

Ölkədə bu sahənin potensialını nəzərə alaraq, fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən tənzimlənən şirkətlər başlanğıc səviyyəsindən peşəkar səviyyəyə kimi tədris kursları təşkil edir. Bunların sırasına Kapital Bazarı üzrə Təlim Mərkəzini və ya treyder və fərdi investorların sayının artırmasını özünə hədəf seçmiş “InvestAZ” şirkətinin adını çəkmək olar.

 

Qeyd edək ki, ölkədə ticarət edən bu peşə sahiblərinin hüquqları 2013-cü ildən dövlət tərəfindən qorunur. Bu sahədə ticarət etmək istəyənlər isə lisenziya əsasında fəaliyyət göstərən maliyyə və broker şirkətlərinə müraciət edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR