Yanvar-fevral aylarında bir sıra turizm obyektlərinin fəaliyyəti üçün lisenziya verilib

Yanvar-fevral aylarında bir sıra turizm obyektlərinin fəaliyyəti üçün lisenziya verilib
18:28 3 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 3 mart, AZƏRTAC 
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" 2006-cı il 25 dekabr tarixli Qərarına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin yanvar-fevral aylarında bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, xüsusi razılıq (lisenziya) alanlar arasında fiziki şəxs Qurbanova Zərifə Hacı qızı, "Azəryol Voleybol Klubu" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin müdiriyyəti, "Shahdag Hotel Company" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Mehmanxana Şərq" Açıq Səhmdar Cəmiyyəti, "Kiçik Qafqaz" Məhdud Məsuliyyətli Cəmiyyəti, "N Line" Məhdud Məsuliyyətli Cəmiyyəti, fiziki şəxslər Əhmədov Asif Nəriman oğlu, Əliyeva Xumar Lətif qızı, "Simurq Peşəkar İdman Klubu" Məhdud Məsuliyyətli Cəmiyyəti, "SunriseTravel" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Karvansaray" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Qubek" Məhdud Məsuliyyətli Cəmiyyəti vardır.
Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 318-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_fevral_aylarinda_bir_sira_turizm_obyektlerinin_fealiyyeti_uchun_lisenziya_verilib-836411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR