İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb
18:33 3 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 3 mart, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21- də “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə, Nərimanov rayonu, akademik H.Əliyev küçəsi, ev 90A-da “İntermarket” MMC-yə məxsus “Ruzi” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının yaddaşında olan qiymətlər arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istehlakchilarin_qiymetde_aldadilmasi_hallarinin_qarsisi_alinib-836414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR