Bakıda qaz olmayacaq

Bakıda qaz olmayacaq
18:42 3 Mart 2015
61 Sosial
Ölkə mətbuatı
A- A+

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq. Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, cari təmir işləri üzrə əvvəlcədən müəyyən olunmuş plana əsasən, martın 4-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zığ'' və ''Böyükşor'' magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Atbulaq” və “Ələt”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Qovlar” və “Alakol”, eləcə də Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadı'' Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Qaradağ rayonunun Ələt qəsəbəsi və Şıxlar bağları, Tovuz rayonunun Alakol, İbrahim-Hacılı, Düz Qırxlı, Əyyublu, Köhnə Qala, Məşədilər, Yanıxlı, Yanıxlı Məşədilər, Dönük Qırxlı, Qovlar, Aşağı Quşçu, Yanıx Paya və Aşıqlılar, Masallı rayonunun Köhnə Alvadı, Təzə Alvadı, Şərəfə, Çaxırlı, Malbaşı, Böyük Xocavar, Binə Xocavar və Təklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun, həmçinin Suraxanı rayonunun Günəşli qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/327673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR