"Qarabağ"ın yeni transferi söz verdi (VİDEO)

"Qarabağ"ın yeni transferi söz verdi (VİDEO)
18:46 3 Mart 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

"Azarkeşlərimizə söz verirəm ki, avrokubok oyunlarında komandamıza əlimdən gələn köməyi maksimum dərəcədə göstərəcəm".

ANS PRESS-in məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Dani Quintana deyib.

Dünən 3 illik müqavilə imzalayan ispan futbolçu klubun rəsmi saytına açıqlama verib: "Bura əvvəl olduğum ölkələrdən fərqli bir yerdi. Demək olar ki, Bakı bir Avropa şəhəridi. Ümumiyyətlə, buradakı mühit xoşuma gəlir. "Qarabağ"la yeni müqavilə imzaladığım üçün şadam. Bilirəm ki, komanda Çempionlar Liqasına vəsiqə qazanmaq üçün əlindən gələni edir. Belə bir məqsədi olan komandanın şərəfini qoruduğum üçün şadam".

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=329519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR