Pirs О'Kallahan: Milli Gimnastika Arenası Avropa Oyunlarının keçirilməsinə tam hazırdır

Pirs О'Kallahan: Milli Gimnastika Arenası Avropa Oyunlarının keçirilməsinə tam hazırdır
18:53 3 Mart 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Yelena Kosolapova/

Azərbaycanın Milli Gimnastika Arenası Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Trend-in məlumatına görə, bunu Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman direktoru Pirs О'Kallahan Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əcnəbi qonaqlar qeyd edirlər ki, bu, indiyədək gördükləri ən yaxşı gimnastika arenasıdır: "Biz şübhə etmirik ki, arena altı növ üzrə yarışlara tam hazırdır".

P. О'Kallahan qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının böyük texniki təcrübəsi var: "Federasiyada Olimpiya Oyunlarında hakimlik edən bir çox beynəlxalq hakim var. Bundan başqa, məşqçilər zəruri kvalifikasiyalara malikdirlər. Buna görə də qətiyyən şübhə etmirik ki, arena və önəmlisi, insanlar (Azərbaycan Gimnastika Federasiyasındakı - red.) lazımi səviyyədədirlər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2370239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR