Dollar rekorda doğru gedir

Dollar rekorda doğru gedir
18:56 3 Mart 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanla yanaşı dünyanın əksər ölkələrində bahalaşan ABŞ dolları Türkiyədə rekord bahalaşmaya doğru gedir.

ANS PRESS-in məlumatına görə, bu gün Türkiyədə dollar səhər saatlarında 2.50 lirə təşkil edib. Lakin axşam saatlarından etibarən dollar rekord dərəcədə bahalaşıb. Belə ki, 1 ABŞ dolları 2 lirə 53 qəpik olub.

Türk iqtisadçı ekspertlər hesab edirlər ki, dolların bundan sonra da bahalaşma ehtimalı böyükdür. Onların sözlərinə görə, dünyada gedən bir sıra proseslərin dolların müxtəlif ölkələrdə bahalaşmasına səbəb olub.

Qeyd edək ki, dollar Azərbaycan və Gürcüstanda da bahalaşıb. Hazırda Azərbaycanda 1 ABŞ dolları 1,0496 AZN təşkil edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=329255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR