Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Almalı "Napoleon" tortu

Almalı "Napoleon" tortu

Date: 7 September 2016 07:05

Milli.Az almalı "Napoleon" tortunun hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: «Sakura budağı» salatı - FOTO

Tərkibi: 

500 q qat-qat xımir 

3 alma 

200 q qatılaşdırılmış süd 

12 q vanilli şəkər tozu 

12 q darçın

2 x.q. su

Krem: Almaları təmizləyib sürtgəcdən keçirin. Üzərinə su, vanilli şəkər tozu və darçın töküb vam odda bişirin. Yumşalıb püre halına gələn zaman hazır olacaq. Sonra qatılaşdırılmış südü əlavə edin. Daha 10 dəqiqə bişirin. Ocaqdan götürüb soyudun. 

Hazır mayasız qat-qat xəmirin donunu açın (ya da bu reseptdən istifadə edərək özünüz hazırlayın). 2 yerə bölüb yayın. Hər biri formanın ölçüsündə olmalıdır. Hər birini 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Korjları elə doğrayın ki 4 bərabər kvadrat (yaxud düzbucaqlı) alınsın. 

Artıqlarını xırdalayın. 

Korjların üzərinə krem çəkin. Üst-üstə qoyun. Üstdəkinin üzərinə ovuntuq səpin. Tortu bir gecə soyuducuda saxlayın (daha çox da ola bilər). 

Nuş olsun! 

resept: sovkusom.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Tags:  Almalı Napoleon tortu

RƏYLƏR


Top news