Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağlamağın faydaları nələrdir

Ağlamağın faydaları nələrdir

Date: 8 September 2016 07:22

Ağlamaq insanın psixoloji cəhətdən rahatlanmasını təmin edir. O, gözdə olan mikro irritantların təmizlənməsinə şərait yaradır. Bundan əlavə, göz yaşının antibakterial xüsusiyyəti də vardır. Belə ki, gözlərdə infeksiyanın meydana gəlməsini və xüsusilə körpələrdə gözün zərər görməsini əngəlləyir.

Ağlamaq həmçinin sinir sistemi üçün çox zərərli bir maddə olan mangenez kimi toksik maddələrin və stress nəticəsində yığılan bəzi zərərli maddələrin də bədəndən atılmasını təmin edər. Endorfin hormonunun da ifraz olunmasına imkan yaradır. Endorfin hormonunun iki faydalı təsiri vardır. Biri ağrı kəsici təsiri ki, bu təsir bilinən ən güclü ağrı kəsici maddə olan morfindən daha təsirlidir. Digər təsiri isə, endorfin əhvalın yaxşılaşmasını və istirahəti təmin edir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər yaşda olan insanlar müxtəlif səbəblərdən ağlaya bilərlər.
 
Bəs görəsən, körpələr niyə ağlayarlar?
 
Körpələrin səslərini eşitdirmənin tək yolu ağlamaqdır. Onlar insanlarla ağlayaraq ünsiyyət qura bilirlər. Körpələr yalnız ac qaldıqları, yuxusuz olduqları və ya köp problemi yaşadıqlarına görə deyil , həmçinin müxtəlif stress faktorları səbəbiylə də ağlaya bilərlər. Bu səbəbdən də, körpələrin yanında gərgin müzakirələrin edilməsi məsləhət görülmür.

Milli.Az


Tags:  Ağlamağın faydaları nələrdir

RƏYLƏR


Top news