Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gündəlik tərəvəzlərdə gizlənən faydalar

Gündəlik tərəvəzlərdə gizlənən faydalar

Date: 8 September 2016 07:32

Gündəlik qida tələbatimizin demək olar ki, əsasını tərəvəzlər təşkil edir. Bəs yediyimiz bu tərəvəz məhsullarının orqanizmimizə olan faydalarını bilirikmi? Bunun üçün gəlin hal-hazırda bol-bol istifadə etdiyimiz bəzi tərəvəzlərə nəzər salaq.

1. Pomidor. Milli.Az deyerler.org-a istinadən bildirir ki, müasir elmi tədqiqatlar əsasında dünya alimləri insan orqanizminə xeyirli qidaların sayını müəyyənləşdiriblər. Beləliklə, siyahıda ilk yeri pomidor tutub. Pomidor badımcan çiçəklilər fəslindəndir. Tərkibi B, C vitaminləri, eləcə də karotin, şəkər və üzvi turşularla zəngindir. Pomidorda orta hesabla 4% şəkər, 0, 6% karotin, B1, B2, və K vitaminləri və yod birləşmələri var. Pomidorda olan yodun zob xəstəliyine çox köməyi var. Pomidordan maddələr mübadiləsi pozğunluğunda, həmçinin ürək-damar xəstəlikləri zamanı istifadə olunur. Araşdırmalar göstərir ki, pomidor xərçəng xəstəliklərinin bəzi növünün qarşısını alır.
 
2. Xiyar. Xiyar - çiçəklilər fəslinə daxildir. Tərkibində B, C vitaminləri və sink duzu var. Xiyarın suyundan tibbdə də istifadə edirlər. Xiyar suyu vərəm xəstəliyi olanlara sinəyumşaldıcı və bəlğəmgətirici dərman kimi istifadə olunur. Xiyar üzdəki qırışları aradan aparır.
 
3. Soğan. - süsən çiçəklilər sinfinə daxildirldir. Tərkibi B1 , B2 , C vitaminləri həmçinin yodla zəngindir. Soğan mədənin həzmini yaxşilaşdırır, iştahanı artırır və mədə bağırsaqda əmələ gələn iltihab və çürümələri aradan qaldırır. Bundan əlavə imuniteti gücləndirir və qrip xəstəliyi zamanı soğan suyundan geniş istifadə olunur. Soğan şirəsi qurd qovucu kimi istifadə olunur.
 
4. Yerkökü - Tərkibi A, B1, B2 , B3, B6, C ve E vitaminləri, həmçinin zülal, karbohidrat ilə zəngindir. Orqanizmi gücləndirir, qanın səviyyəsini artırır, mədə-bağırsaq qanamalarının qarşısını alir. Bundan əlavə qaraciyər üçün də çox faydalıdır. Dəriyə təravətlilik bəxş edir, ürək və göz xəstəliklərinə çox köməyi var. İnsanda görmə qabiliyyətini gücləndirir.
Kök yemək orqanizmi xəstəliklərdən qoruyur.
Uşaqlarda boy artımının inkişafına kömək edir.
Həzm prossesini asanlasdırır.
Qeyd: yerkökünü çiy və qabıqlı halda yemək daha faydalıdır.
 
5. İstiot. İstiotun əsas 2 növü var: acı və şirin. Bibər C vitamini ilə zəngindir.
Faydaları: iştahanı açır, mədəni qüvvətləndirir, həzmi asanlaşdırır. Revmatizm xəstəliyinə qarşı çox faydası var. Qırmızı bibər insanı rahatladır, nəfəs yollarını açır. Ürək xəstəliyinə qarşı qoruyucudur. Həmçinin bronxit xəstəliyinin dərəcəsini aşağı salır.
Acı bibər ağciyəri təmizləyir, diş və boğaz ağrılarını aradan götürür. Orqanizmi iltihabdan qoruyur. Soyuqdəyməyə də çox faydası var. Hər gün yaşıl bibər yemək insanı arıqladır. İstiotdan həm də ədviyyat kimi istifadə olunur.
Sağlamlığı uzaqda axtarmaq lazım deyil. Gündəlilk istifadə etdiklərimizlə də bunu təmin etmək olar.

Milli.Az


Tags:  Gündəlik tərəvəzlərdə gizlənən faydalar

RƏYLƏR


Top news