Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Asqırmağın faydaları və zərərləri

Asqırmağın faydaları və zərərləri

Date: 8 September 2016 08:27

Üst tənəffüs yolumuzda bəzi tükcüklər var. Bu tükcüklər ciyərlərimizə çəkdiyimiz havanın içərisində olan zərərli maddələri tutaraq ciyərlərə getməsini və ciyərlərin xəstələnməsini əngəlləyər. Bədənə daxil olan maddələrin, daha doğrusu ağciyərlərə gedən və ağciyərlərə zərərli olan maddələrin bədəndən çölə atılabilməsi üçün asqırmaq faydalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan əlavə, asqırmağın bir çox faydaları vardır. Belə ki, asqırarkən beyinə və ürəyə lazım olandan daha çox qan sovrulur. Bu da rahatlama və istirahət hissinin meydana gəlməsinə səbəb olur. Qan damarlarını genişləndirir. Ağciyərdə olan bütün havanın boşalmasına səbəb olduğu üçün ciyərlərə təzə havanın daxil olmasına kömək edir. Qəlbimizi bir an da olsa dayandıraraq, istirahət etməsini təmin edir.
Lakin bunlardan əlavə olaraq asqırmağın bəzi zərərləri də vardır:
Asqırmağı dayandırmağa çalışsaq, beyin qanamasına səbəb ola bilər.
Asqırarkən əmələ gələn yüksək təzyiq göz damarlarını partlada bilər.
 
Yüksək təzyiq nəticəsində qulaqlarımıza ziyan dəyə bilər.
Ürəyin dayanmasına səbəb ola bilər.
Qrip, soyuqdəymə kimi xəstəliklərin-hava yolu ilə bulaşan xəstəliklərin yayılmasına və yoluxmasına səbəb olur.

Milli.Az


Tags:  Asqırmağın faydaları zərərləri

RƏYLƏR


Top news