Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cinsi istəksizlik yaradan SƏBƏBLƏR

Cinsi istəksizlik yaradan SƏBƏBLƏR

Date: 8 September 2016 12:27

Qadınların intim həyatları ilə bağlı yaşadığı problemlər demək olar ki, bu gün internetdə ən çox axtarılan mövzular sırasındadır. Qadınların çoxu intim mövzuları qarşı-qarşıya oturub kim iləsə müzakirə etməkdən çəkinirlər. Bu səbəbdən də qadınlar bu problemi daha çox internet yolu ilə həll etməyə üstünlük verirlər.

Qadınları intim münasibətlərdən çəkindirən nədir? Mütəxəsislərin fikrincə, qadınları intim münasibətdən çəkindirən əsas səbəblər aşağıdakılardır:

Ünsiyyətsizlik: Qadınların intim problemlərinin həlli son zamanlarda ən çox axtarılan məsələlərdən biridir. Normal cinsi həyat tərzi yaşayarkən birdənbirə qadının münasibətlərdən soyuması, cinsi əlaqədən qorxması ciddi problem kimi qiymətləndirilir. Bu da ki, kişilərin qadınlara qarşı laqeyd davranışından irəli gəlir. Sevgi, ünsiyyət qurmaq və. s bu kimi mövzularda olan ehtiyaclarıdır”.

Testesteron əksikliyi: Qadınlarda testesteron əksikliyi, cinsi istəksizliyin yaranmasına səbəb olur. Bunun həm dərmanla, həm də dərmansız müalicəsi vardır.

Antidepresan istifadə etmək: Hər kəsin intim istəyinə bu dərmanlar təsir göstərməsə də əksər qadınların intim istəyinin azalmasına gətirib çıxara bilər.

Hamiləlik həbləri: Hamiləliyi yoxlamaq üçün olan həblərin də zərərli təsirləri ola bilər. Əsəb, başağrısı, kilo almaq və cinsi istəksizlik. Bu həblər bütün qadınlarda olmasa, çoxunda cinsi istəksizliyin yaranmasına səbəb ola bilir. Həmçinin, hamilə qalmamaq üçün istifadə edilən bir çox üsullar da intim istəyinin azlamasına gətirib çıxara bilər.

Uşaq əmizdrimək: Uşağın əmizdirilmə müddəti ərzində bədən, proklatin hormomunu tənzimləyir. Bu hormon da intim istəklərini azaldır. Amma cinsi istək doğumdan 3 ay sonra normal qaydasına düşməyə başlayır.

Yuxusuzluq: Enerjimizi toplamaq üçün mütləq yatmaq lazımdır. Yuxusuzluq cinsi istəksizliyi yaradan səsbəblərdən biridir. Lazımi enerjini ala bilməyən bədən, intimə qarşı motive ola bilmir.

Stress: İş yorğunluğu, təhsillə bağlı testlər, ailə problemləri və ya xəstəliklər, ölümlər cinsi istəksizliyin yaranmasında rol oynayır. Xüsusən də, qadınlar fikirlərində başqa şeylər düşünərkən cinsi əlaqdə olmaqdan çəkinirlər. Əsəb pozğunluğu olanda qadınların çoxu intimə stress atmaq üsulu kimi baxmır.

Qarşı tərəflə uyğunsuzluq: Hər bir münasibətdə duyğusallıq fərqli şəkilədə özünü göstərir. Bu səbəbdən də cütlüklər intimdən uzaq durmağa çalışır. Bir-birini anlamamaq, bir-birinə uyğunsuzluq və.s...

Bədənini bəyənməmək: Bədənlərini bəyənməyən qadınlar qarşı tərəfin gözündə özlərini dəhşətli bir varlıq kimi görürlər. Bu səbəbdən də intimdən qaçırlar.

Keçmişdə baş verən xoşagəlməz hadisələr: Keçmişdə baş vermiş xoşagəlməz hadisələr də qadını cinsi istəksizliyə gətirib çıxara bilər. Bura zorlanma hadisəsi, təcavüz və.s bu kimi pis xatirələr daxildir.

Günah qorxusu: Bəkarət tabusu qadınların cinsi həyatına mənfi təsir göstərir. Beləki, uşaqlığndan bəri “pis” və “günah” kəlimələri ilə yanyana istifadə edilən cinsi əlaqədə olmaq sözləri qadının psixologiyasına müəyyən dərəcə təsir göstərir. Xüsusi ilə islam qanunlarının hökm sürdüyü müsəlman ölkələrində daha çox rast gəlinən hadisələrdəndir.

Mənbə: Qadınlar.biz


Tags:  Cinsi isteksizlik Cinsi isteksizliyin sebebleri Cinsi isteksizlik yaradan sebebler İntim munasibetlerden cekinmek Qadinlarin intim heyatlari

RƏYLƏR


Top news