Türkiyənin populyar müğənnilərindən olan Sila Gencoğlu bu gün YouTube-dakı kanalında konsert verəcək.
O, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhddən sonra İstanbulun Yenikapı səmtində gerçəkləşən "Demokratiya və Şəhidlər Mitinqi" barədə yazmışdı: "Çevrilişə qarşıyam, amma belə şouda olmaq istəmirəm".
Həmin açıqlamadan sonra Silanın Kayseri, Ankara və Bodrumda konsertləri ləğv edilmişdi.
Milli.Az