Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qandakı xolesterini qidalarla necə tənzim edək?

Qandakı xolesterini qidalarla necə tənzim edək?

Date: 10 September 2016 08:05

Gün ərzində alma, kök və pomidor yeməklə qandakı xolesterinin səviyyəsini tənzim edə bilərik.

Alma
Milli.Az deyerler.org-a istinadən bildirir ki, alma möcüzələr yaradan bir meyvədir. İnsan bədəninə çox sayda faydası vardır. Almanın tərkibində olan pektin və polifunuliz bədəndə olan iltihab molekullarının səviyyəsini aşağı salar.
45-65 yaşlı 160 qadın üzərində tədqiqat aparılmışdır. Onlardan bir qrupu hər gün 75 qram quru alma yeyir. O biri qrup isə bir il quru ərik yeyir. Hər ay onların qanından nümunələr götürüb, tədqiq edirlər. Nəticə göstərmişdir ki, alma yeyən qadınların qanındakı pis xolesterinin (LDL) səviyyəsi gözə çarpacaq dərəcədə aşağı düşmüşdür.
Alma elə bir meyvədir ki, çəkini artırmır. Çünki almanın tərkibində olan pektin insana toxluq hissi verər.
 
Yerkökü
Yerkökü də alma kimi qandakı xolesterinin səviyəsini nəzarətdə saxlaya bilir. Hər gün bir stəkan kök suyu içmək pis xolesterinin səviyyəsini aşağı salar. Əgər yerkökünü yeməkdən əvvəl yesəniz, iştahanı azaldar və arıqlamağa yardım edər.
Yerkökü bundan başqa görmə qabiliyyətini gücləndirər, ishala kömək edər, yanıqları sağaldar, böyrək daşlarını əridər, immun sistemini gücləndirər.
 
Pomidor
Aparılan yeni tədqiqatlar göstərir ki, əgər insan gün ərzində bir ədəd pomidor yeyərsə, qəlb xəstəliklərindən uzaq olar. Çünki pomidor xolesterinin səviyyəsini və qan təzyiqini aşağı salar.
Pomodorun tərkibində olan likupen anti-oksidantdır. Bədənin sağlamlığı üçün zəruridir. Əgər insan gün ərzində 25 milliqram likupen qəbul edərsə, qandakı xolesterinin səviyyəsi 10 % aşağı düşər.
Əgər qəlbinizin sağlam olmasını istəyirsinizsə, onda gün ərzində yarım litr pomidor suyu içməyə çalışın. Ancaq seçdiyiniz pomidorlar təbii olmalıdır. Dərmanla yetişdirilən pomidorlar sizə yardım əvəzinə əks-təsir göstərə bilər.

Milli.Az


Tags:  Qandakı xolesterini qidalarla tənzim edək

RƏYLƏR


Top news