Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gilas yeməyin 5 faydalı səbəbi

Gilas yeməyin 5 faydalı səbəbi

Date: 10 September 2016 08:22

Gilas bir budaqda çox sayda bitən bir meyvədir. Təzə gilas və onun kompotu sağlamlıq üçün çox faydalıdır. İndi gilasın fəslidir. Bu kiçik meyvə həm dadlıdır və həm də çox faydalı.

1. Gilas oynaq ağrılarını sakitləşdirir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, gilasın qırmızı rəngi tərkibində olan antioksidana görədir. Bu, qırmızı üzümdə də vardır. Bu maddə iltirab əleyhinə olan maddədir. Bu maddə həmçinin əzələ və oynaqda olan ağrıları sakitləşdirir. Bu meyvəni ağrıyan zaman yoxlaya bilərsiniz.
2. Gilas onikibarmaq bağırsağı qoruyur. Bu kiçik meyvənin tərkibində korestin vardır. Bu maddə xərçəng əleyhinə olan maddədir. Son tədqiqatlar göstərir ki, korestin maddəsi onikibarmaq bağırsaqda xərçəngin yaranmasına mane olur və onu qoruyur.
3. Gilas qanda olan xolesterinin səviyyəsini tənzim edir. Gilasın tərkibində pektin maddəsi də vardır. Bu maddə qanda olan xolesterinin tərkibini aşağı salır və ürək xəstəliklərindən qoruyur.
4. Gilas görmə qabiliyyətini yaxşılaşdırır. Gilasın tərkibində olan beta-karotin maddəsi A vitamini yaradar. Bu vitamin də görmə qabiliyyətini yaxşılaşdırar. Dərinizi sağlam saxlayar.
5. Gilas rahat yatmağa səbəb olar. Gilas o meyvələrdəndir ki, melaton qidalardan sayılır. Bu hormon bədənin bioloji saatını kontrol edir və insanın rahat yatması üçün şərait yaradır.

Milli.Az


Tags:  Gilas yeməyin faydalı səbəbi

RƏYLƏR


Top news