Zukerberqə "Qurani-Kərim" təklifi

Zukerberqə "Qurani-Kərim" təklifi
10:42 5 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkənin təsisçisi "Kitab ili" adlı bir qrup açdığını elan edib
Facebook-un qurucusu Mark Zukerberqə oxumaq üçün "Qurani-Kərim" təklif edilib.

Anspress-in məlumatına görə, sosial şəbəkənin təsisçisi öz Facebook hesabından "Kitab ili" adlı bir qrup açdığını elan edib. Qrup açıldıqdan sonra Markın 30 milyondan çox təqibçisi bu qrupa dəvət edilib.

Zukerberq bu addımı ilə Facebook istifadəçilərini kitab oxumağa cəlb etmək niyyətindədir. Mark iki həftəyə bir kitab oxuyacağını və bu kitabların adlarını sonradan qrupda paylaşacağını bildirib. Bununla da kitab həvəskarlarının sayını artırmaq istəyən Mark qrupda kitablarla bağlı müzakirələrə qoşulacağını deyib.

Mark Zukerberqin dəvəti ilə indiyə qədər kitab klubuna 100 mindən çox adam qoşulub. Qrup üzvləri Marka "Qurani-Kərim" kitabını oxumağı məsləhət görüblər. Təbii ki, bu təklif hər kəs kimi Markın da diqqətini çəkib. Baxaq görək Zukerberq bu mövzuya hansı şərhi verəcək?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR