Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hər gün bir alma yeyin...

Hər gün bir alma yeyin...

Date: 10 September 2016 08:32

Alma insan ömrünü əhəmiyyətli dərəcədə uzadır. Avstraliyalı tədqiqatçılar apardıqları tədqiqatlar nəticəsində bu qərara gəliblər. Rus mətbuatının verdiyi məlumata görə, əgər insan hər günkü qida rasionuna almanı da əlavə etsə, o zaman rahat yüz ilə qədər yaşaya bilər. Tədqiqatçıların 10 il ərzində apardıqları təcrübələrin nəticələri göstərib ki, almanın tərkibində olan mikroelementlər insan ömrünü artırmaq gücünə malikdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, professor Menn Noksun fikrinə görə, almanın tərkibində olan polifenol maddəsi orqanizm üçün son dərəcə əhəmiyyətlidir. Bu maddə təkcə qanda xolesterinin miqdarını azaltmır, həmçinin şəkərli diabetin əmələgəlmə risqini azaldır. Bundan əlavə, polifenol astma və digər allergik xəstəliklərin müalicəsində mühüm profilaktik əhəmiyyətə malikdir.

Bunu 100 yaşı olan avstraliyalı Edna Sparv da təsdiq edir. Öz uzunömürlülüyünün sirrini keçirdiyi sağlam həyat tərzi ilə yanaşı həm də almada görən avstraliyalı xanım hər gün bir alma yediyini deyib. Saytın məlumatına görə, 100 yaşlı nənə nəvəsi Qreni Smitin becərdiyi bütün dünyada məşhur olan yaşıl alma sortlarından istifadəqidalandığını deyib

Milli.Az


Tags:  Hər gün alma yeyin

RƏYLƏR


Top news