Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında bu gecə keçiriləcək Mərakeş - Azərbaycan oyunun hakimləri müəyyənləşib.


Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, görüşün baş hakimi Joze Katemodur (Anqola). İkinci hakim Eduardo Fernandezdir (Portuqaliya). Qarşılaşmada üçüncü hakim funksiyasını Kamil Çetin (Türkiyə) yerinə yetirəcək.


Xatırladaq ki, Mərakeş - Azərbaycan oyunu bu gün saat 03:00-da başlayacaq.


Fanat.Az