Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, millimiz bu gün yerli vaxtla saat 18.00-da (Bakı vaxtı ilə sentyabrın 13-də, saat 03.00-da) Mərakeş yığması ilə qarşılaşacaq. Qarşılaşma Kolumbiyanın Medellin şəhərindəki Koliseo İvan de Bedout İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, qrupun digər matçında İran və İspaniya milliləri qarşılaşacaq.
Futzal
DÇ-2016
F qrupu
13 sentyabr
03.00 Azərbaycan - Mərakeş
Hakimlər: Jose Katemo (Anqola), Eduardo Fernandes (Portuqaliya), Kamil Çetin (Türkiyə).
Kolumbiya, Medellin. Koliseo İvan de Bedout İdman Kompleksi.
05.00 İran - İspaniya
Hakimlər: Sezar Malaqa (Peru), Joze Hernandes (Ekvador), Dario Santamaria (Argentina).
Kolumbiya, Medellin. Koliseo İvan de Bedout İdman Kompleksi.
Fanat.Az