Texniki baxışda ENDİRİM

Texniki baxışda ENDİRİM
11:05 5 Yanvar 2015
126 Sosial
Ölkə mətbuatı
A- A+

Bundan sonra bütün avtomobillər 20 manata texniki baxışdan keçəcək
Xəbər verdiyimiz kimi, Milli Məclisdə Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, bu il yanvarın 1-dən avtomobillərə tətbiq olunan yol vergisi ləğv edilir. Ona görə də bu ildən başlayaraq sürücülər və nəqliyyat vasitəsi sahibləri öz nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız texniki baxışa görə dövlət rüsümü ödəyəcəklər.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, bütün şəxslər öz nəqliyyat vasitələrinin mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş edəcəklər. Həmin ödəniş isə “Dövlət rüsumu haqqında” qanunun 18.65.1 maddəsində müəyyən olunan texniki baxış rüsumudur. Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular (o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular) üçün isə 10 manatdır.

Texniki baxış rüsumundan (10 və ya 20 manat) və 1 manatdan artıq olmamaqla bank xərcindən əlavə sürücüdən texniki baxış zamanı hər hansı digər ödənişin (bilka pulu, müayinə pulu və başqa ad altında) tələb olunması qanunsuzdur.

Texniki baxışın dövriliyi isə əvvəlki kimi qalır. Belə ki, minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tonadək olan yük avtomobilləri və motosikletlər istehsal ilindən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçməlidir.
Avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri isə istehsal ilindən sonrakı 2-ci ildən başlayaraq hər il texniki baxışdan keçməlidir.

Texniki baxış qrafiki isə aşağıdakı kimidir:

- “VAZ” , “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

- Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR