Sabahdan Azərbaycanın bütün orta məktəblərində tədris ilinin ikinci yarım ili başlayır

11:12 5 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 11:08 ]

Bakı. Könül Kamilqızı – APA. Sabahdan Azərbaycanın bütün orta məktəblərində cari tədris ilinin ikinci yarım ili başlayır.

 

APA-nın xəbərinə görə, məktəblərdə ikinci yarımil 6 yanvardan 31 mayadək davam edəcək. 

 

Dərs ili ərzində şagirdlər üçün qış tətili 30 dekabr – 5 yanvar (7 gün) tarixlərini əhatə edir. İkinci yarım il ərzində I sinif şagirdləri üçün əlavə tətil 12–17 fevral (6 gün), yaz tətili isə 17–24 mart (8 gün) tarixlərində olacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib. Dəyişikliyə əsasən növbəti tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR