Azərbaycanda növbəti dəfə evli qadın başqasına qoşulub qaçıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə rayonda məlumatlar yayılıb. Yayılan məlumatlarda bildirilir ki, Siyəzəndə yaşayan 5 uşaq anası V.F. həyətlərində işləyən ustaya qoşulub qaçıb.
Ərinin polis olduğu bildirilən qadının ailədə problemləri olduğu da vurğulanıb. ANS PRESS-in bölgə müxbiri yayılan məlumatlara aydınlıq gətirmək üçün Siyəzən rayon polis şöbəsilə əlaqə yaradıb. Polis şöbəsindən bildirilib ki, əslində yayılan məlumatlarda yanlışlıq var.
Bildirilib ki, 5 uşaq anası ərindən küsdüyü üçün evdən çıxıb. Bir müddət sonra isə qadını evə qaytarıblar. Lakin onun başqası ilə qaçması barədə informasiya təsdiqini tapmayıb. O da vurğulanıb ki, həqiqətən də qadının həyat yoldaşı polis nəfəridir.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Şabranda 2 uşaq anası başqasına qoşulub qaçmışdı.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.