Bakı - APA. Yəmənin cənub-qərbindəki Damar şəhərində keçirilən şiələrin toplantısı zamanı partlayış törədilib.
APA-nın “CTV News”a istinadən xəbərinə görə, partlayış nəticəsində biri jurnalist olmaqla 6 nəfər ölüb, 31 nəfər yaralanıb.
Həlak olan jurnalist Xalid Vəşli şiələrə məxsus telekanalda çalışıb. Partlayışa görə məsuliyyəti “əl-Qaidə” üzərinə götürüb.
Qeyd edək ki, Şeyx Hüsi təliminin tərəfdarı olan şiələrin Yəmənin əhəmiyyətli hissəsini ələ keçirməsi onları həm yerli bədəvilərlə, həm də “əl-Qaidə” ilə bağlı radikal sünnilərlə düşmən edib.