Bu xanımlar İŞİD-ə divan tuturlar - FOTO

Bu xanımlar İŞİD-ə divan tuturlar - FOTO
11:17 5 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) dünyanın ən qəddar, ən təhlükəli terror təşkilatı sayılır. Lakin bu terror qruplaşmasının mənsublarının çəkindikləri, hətta qorxduqları insanlar da var.
 
Həmin şəxslər Suriyanın Hələb şəhərindəki qadın döyüşçülərdir.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "Aişə Ana" adlanan qadın alayı ərlərini, qardaşlarını, oğullarını, atalarını və qardaşlarını Suriyadakı vətəndaş müharibəsində itirmiş xanımlardan ibarətdir.
 
100 qadın Hələb küçələrini patrul edir, terrorçuları "ovlayır".
Onlara "Ümm Şəraa" kimi tanınan 34 yaşlı qadın komandanlıq edir.
 
Ümm Şəraanın əri, iki oğlu və üç qardaşı vətəndaş müharibəsində həlak olub. Onun əri İŞİD-ə əsir düşmüşdü.
Terrorçular Ümm Şəraanın ərinin başı kəsiblər.
 
"Əzizlərimi itirəndən sonra terrorçulardan qisas almaq istədim. Mənə 14 qadın da qoşuldu. Onlar da İŞİD-in alovuna düşmüşdülər. Bir qədər keçdi, sayımız artdı və artıq alay olduq", - Ümm Şəraa söyləyib.
 
"Aişə Ana" alayı Hələb küçələrini patrul etməklə yanaşı, iki hospital və üç sığınacaq yaradıb. Alay İŞİD-lə bahəm, Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunlara qarşı da vuruşur.
 
Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR