Əmək yarmarkalarında boş iş yerlərinə göndəriş verilənlərin 85 faizə yaxını işlə təmin olunub

Əmək yarmarkalarında boş iş yerlərinə göndəriş verilənlərin 85 faizə yaxını işlə təmin olunub
11:18 5 Yanvar 2015
251 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 əmək yarmarkası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib. Onlardan 4838 nəfəri (və ya 84,09 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib. Əmək yarmarkaları zamanı peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 396 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunub. Tədbirlər zamanı 204 nəfər ödənişli ictimai işlərə göndərilib.

2014-cü il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərindəki ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə 10 aktiv məşğulluq tədbiri keçirilib. «Karyerada ilk addım» devizi altında keçirilən həmin tədbirlər nəticəsində 185 nəfər münasib işlə təmin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR