Bakıda pul və qızıl-zinət əşyaları oğurlayan qadın tutuldu

Bakıda pul və qızıl-zinət əşyaları oğurlayan qadın tutuldu
12:05 4 Mart 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 26 yaşlı qadın pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü il yanvarın 20-də 05 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dollar və qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunaraq tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/327751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR