Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qırmızı kələm şoraba-salatı

Qırmızı kələm şoraba-salatı

Date: 16 September 2016 07:05

Milli.Az qırmızı kələm şoraba-salatının hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Qeyri-adi kotletlər - FOTO

Tərkibi: 

2 ağ kələm
1 l su
2 çuğundur
250 ml alma sirkəsi
2 çili istiotu
2 sarımsaq
150 ml günəbaxan yağı
2 x.q. duz
1 ç.q. şəkər tozu

Kələmin üzərindəki qaba yarpaqları götürün. Ortasını kəsib çıxarın. Kələmi ölçüsünə görə 6-8 hissəyə bölün. 
Çuğunduru ortadan bölüb fal-fal doğrayın. Sarımsağı napnazik, istiotu halqa doğrayın. Ərzağı növbələyərək qazana yığın - kələm, çuğundur, sarımsaq, çili istiotu. Ən axırıncı lay çuğundur olmalıdır. 
Suyu yağla qarışdırın, duz, şəkər tozu əlavə edin, qaynadın. Sirkə töküb soyudun. Bu marinadı tərəvəzin üzərinə tökün, üzərinə enli boşqab, onun da üzərinə 1-2 kq ağırlıqda yük qoyun. 2-3 gün otaq temperaturunda saxlayın. Sonra yükü götürüb kələmi bir sutka (boşqabı ağzından götürmədən) soyuducuda saxlayın. Vəssalam, bu müddətə kələm şorabası hazır olacaq. 
Belə şorabanı soyuducuda 2 həftə saxlamaq olar. 

Nuş olsun! 

resept: sovkusom.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Qırmızı kələm şoraba-salatı

RƏYLƏR


Top news