Yerə işıq seli yaxınlaşıb - FOTO

Yerə işıq seli yaxınlaşıb - FOTO
11:22 5 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyalı astronom Terri Lavcoyun kəşf etdiyi C/2014 Q2 kometi artıq bir həftədir ki, Yerə ən yaxın məsafədən keçməkdədir.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertlərinin dediklərinə görə, indiyədək aşkarlanmış kometalar arasında ən böyüklərdən biri sayılan bu kometa iki gün sonra planetimizə ən yaxın orbitlə hərəkət edəcək.

Milli.Az Space-ə stinadən bildirir ki, yanvarın 7-də, səhər saatlarında Lavcoy kometası Yerə 70 milyon kilometrlik məsafəyə yaxınlaşacaq.
Bu kometalar silsiləsindən olan C/2011 W3 2011-ci ildə Günəşdən 120 min kilometr aralıdan keçmişdi.
 
Lavcoyun aşkarladığı 5 kometadan ikincisi olan C/2013 R1 isə 2013-cü ilin dekabrın 22-də yerə çox yaxınlaşmış, parlaqlıq səviyyəsinə görə Ayson kometasını da geridə qoymuşdu.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR