Müğənni Sıla "Demokratiya və şəhidlər" mitinqi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirən Davud Güloğlunu məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Çevrilişə qarşıyam, ancaq Yenikapıdakı şouya qatılmayacam", - deyən Sıla Davud Güloğlunu bağışlamaq niyyətində deyil.

Canlı yayıma qoşularaq Sılanı təhqir edən Güloğlu barədə İstanbul Baş Prokurorluğuna müraciət olunub.

Şikayət ərizəsində Sılanın qürur, şərəf və ləyaqətinin alçaldılması səbəbiylə D.Güloğlunun üç aydan iki ilə qədər həbsi və ya cərimələnməsi tələb olunub.

Milli.Az