Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mayalı roqaliklər

Mayalı roqaliklər

Date: 17 September 2016 07:05

Milli.Az mayalı roqaliklərin hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Suşi-tort - FOTO

Tərkibi: 

5 yumurta
200 q marqarin
3 st. süd
1 st. şəkər tozu
3 x.q. maya
2 çimdik duz
1,5 kq un 
xaş-xaş 

iç: 
istənilən cem, konfitür, yaxud kəsmiklə quru meyvə və şəkər tozu qarışığı

Südü qızdırın, çox qaynar olmasın, quru mayanı süddə əridin. 15 dəqiqə saxlayın. 
Un, duz, marqarin, şəkər tozu ilə çalınmış 4 yumurta əlavə edib yumşaq, elastik xəmir yoğurun. Xəmir ələ yapışan olacaq. 4 yerə bölün. 
Masanın üzərinə un səpin. Hər birini 0,5 sm qalınlıqda yayın. İri dairələr kəsin (məsələn, qazan qapağından istifadə edə bilərsiniz). Hər dairəni 8 yerə bölün. Hər seqmentin enli tərəfinə  iç qoyub roqalik kimi bükün. 
Sinini bitki yağı ilə yağlayıb roqalikləri düzün. Üzərinə xaş-xaş səpin. Sobanı 180 dərəcə qızdırın. Bu müddətdə roqaliklərin üzərinə qida plyonkası çəkin. Roqaliklər şişdikdən sonra üzərinə çalınmuş yumurta çəkin, 25 dəqiqə bişirin. 
Qaynar roqaliklərin üzərinə soyuq süd çəkin. Bunu etsəniz, bulkalarınız daha da yumşaq olacaq.
 
Nuş olsun! 
 

resept: sovkusom.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Mayalı roqaliklər

RƏYLƏR


Top news