Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş ağrısının növləri

Baş ağrısının növləri

Date: 17 September 2016 07:52

Baş ağrısı bütün dünyada həkimə müraciətlərdə ən çox dilə gətirilən şikayətdir. Statistikaya görə, qadınların 5 faizi, kişilərin isə 2.8 faizi ilin 180 gündən çox müddətini baş ağrısıyla keçirir. Baş ağrısının 300-dən çox növü var. Bir çox baş ağrısının səbəbi hələ də açıqlana bilməyib. Bəzi baş ağrıları isə həyat üçün ciddi bir təhlükə mənbəyidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər aşağıda göstərilən əlamətləri görən xəstələrdə həyəcan təbili çalındığını bildirir:

Həftədə 3 gündən çox başı ağrıyanlar,
Hər gün və ya günötrə ağrı kəsici dərman qəbul edənlər,
Ağrıdan qurtulmaq üçün məsləhət görülən dozdan çox dərman qəbul edənlər,
Baş ağrısı ilə birlikdə peysərində bərkimə hiss edənlər,
Baş ağrısı nəfəs darlığı, göz, qulaq, burun və ya boğaz ağrıları ilə müşayiət olunarsa,
Yorğunluq, halsızlıq, danışmaqda çətinlik çəkmək və s. narahatlıqlar müşahidə edilərsə,
Baş ağrısı ilə birlikdə xəstənin yuxusu da gələrsə,
Hər hansı bir baş travması ilə başlayaraq davam edirsə,
Məşq və öskürmədən sonra başlayarsa
Get-gedə şiddətlənir və yüngülləşmə olmursa,
Qusma meydana gəlirsə,
Ömrünüzdəki ən şiddətli baş ağrısı isə,
Baş ağrısı 50 yaşdan sonra meyana gəlibsə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Milli.Az


Tags:  Baş ağrısının növləri

RƏYLƏR


Top news