Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çərəzin faydaları

Çərəzin faydaları

Date: 17 September 2016 08:12

Gündəlik həyatımızın sağlam və enerjili keçməsi üçün müxtəlif təbii yolların əhəmiyyəti danılmazdır. Bu sırada çərəzlər bizim üçün əsas köməkçi rolu oynaya bilər. Buna görə də çərəzlərin faydası barədə məlumatı təqdim edirik.

Qoz - bağırsaqları yumşaldır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq və diş qanamasını müalicə edir.

Fındıq - böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə olan qum və daşların düşməsinə kömək edir. Bundan başqa, bağırsaq qurdlarının da düşməsinə kömək edir. Bədən və zehni yorğunluğu aradan aparır.

Badam - bədən və zehni yorğunluğu aradan aparır. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını azaldır. Şəkəri qanda tənzimləyir.

Günəbaxan tumu - gərginlik və həyacanı ardan aparır.

Püstə - öd kisəsi və böyrək ağrıları üçün faydalıdır. Bundan başqa, öskürəyin kəsici rolu var.

Şabalıd - ürək-damar xəstəlikləri üçün faydalıdır. Tərkibində olan yağ turşuları damar sərtləşməsinin qarşısını alır.

Kişmiş - dəmirlə zəngin olub qanı artırır. Kişmiş, həmçinin yaddaş üçün də xeyirlidir.

Ləbləbi - mədə üçün olduqca xeyirlidir.

Qaysı qurusu - qaraciyər hüceyrələrinin çoxalmasına səbəb olur və xərçəngin qarşısını alır. Dəmir çatışmazlığından irəli gələn qan azlığının qarşısını alır.

Yekun olaraq onu qeyd edək ki, yaşından aslı olmayaraq gün ərzində 1-2 ədəd də olsa, çərəz yemək beyin mütəxəssisləri tərəfindən israrla tövsiyə olunur. Xüsusilə də inkişafda olan uşaqlar üçün bunun çox önəmli olduğunu qeyd edirlər.

Milli.Az


Tags:  Çərəzin faydaları

RƏYLƏR


Top news