Bakıda gənc 13-cü mərtəbədən yıxıldı

Bakıda gənc 13-cü mərtəbədən yıxıldı
11:31 5 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

bu gecə Bakının Xətai rayonunda faciəvi hadisə baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 22 yaşlı oğlan dünyasını dəyişib.

Belə ki, 17 mərtəbəli binanın 13-cü mərtəbəsində yaşayan 1993-cü il təvəllüdlü Elxan Mehman oğlu Hacıyev eyvandan yıxılıb. 13-cü mərtəbədən yıxılan Elxan Hacıyev hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Lakin hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi, yaxud intihar olduğu araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR