Futbol əfsanəsi Pele müasir futbolun iki siması - Ronaldu və Messini müqayisə edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "futbol kralı" bunları deyib:

"Kriştianu görkəmli bombardirdir. Amma dünyada ən yaxşı futbolçu Messidir. Daha bir neçə ad çəkə bilərəm. Mənim nəzərimə görə, son 10-15 ildə Messinin ən stabil futbolçu olmağı şübhəsizdir. Ronaldu haqqında danışmaq mümkündür. O, mənə braziliyalı adaşını xatırladır. Kriştianu çox qol vurur. O, məhsuldar futbolçudur, amma hərtərəfli futbolçu Messidir".

Milli.Az