Rusiyada 17 yaşlı azərbaycanlı qız yoxa çıxıb - FOTO

Rusiyada 17 yaşlı azərbaycanlı qız yoxa çıxıb - FOTO
11:42 5 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, məktəbli Qumru Əhmədovanı sonuncu dəfə dekabrın 26-da sinif yoldaşları ilə görüşdən sonra görüblər.

Sinif yoldaşlarının sözlərinə görə, həmin gün rəfiqələrinin birinin evində toplaşıblar. Qumru ailəsinin ciddi olduğunu və evə tez gəlməsini tapşırdıqlarını deyib və bu səbəbdən evi tez tərk edib.

Rəfiqəsi ilə birgə evdən çıxan Qumru az sonra yolda anası ilə telefonla danışır və daha sonra onunla əlaqə kəsilir. Hazırda qızın harada olduğu məlum deyil.

Polislər Qumrunun Qafqaz adətlərinə uyğun olaraq gəlin kimi qaçırıldığı versiyasını da irəli sürüblər, lakin atası Mirsaleh Əhmədov bu versiyaya inanmadığını deyib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR