Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi”ni şou adlandıran müğənni Sıla Gəncoğlunun konsertləri ləğv edilmişdi.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, bir müddətdir depressiyada olan ifaçı, psixoloji gərginlikdən çıxmaq üçün Yunanıstana tətilə getmişdi.

Lakin, Sılanın yeni paylaşımı onun hələ də özünə gəlmədiyini göstərib:

“Tətil bitmiş, məktəblər açılmış, qış da qapının arxasıda gözləmiş ola bilər. Üzülməyək dostlar. Yaza nə qaldı ki? 8 ay...”

Müğənni bu paylaşımına “özünü dəli hiss edir” ifadəsini də əlavə edib.

Qeyd edək ki, bir müddətdir səhnələrdən uzaq qalan Sıla bu yaxınlarda YouTube-da konsert vermişdi.